суббота, 20 февраля 2016 г.

15-ci gün

                                                           XV  gün
   Bu gün təlimin son günü idi.Layihələrimizin təqdimatına başladiq.Bunun  üçün "ağ aponent "  

"qara aponent"nin  seçilməsi maraqlı etaplardan oldu.Təqdimat zamanı ağ aponent müəllim və şagird təqdimatları  haqqında öz müsbət təklif və rəylərini,qara aponent isə əksinə müəllim və şagird təqdimatları haqqında çatışmayan,yəni mənfi cəhətləri bildirərək ,təqdimatlara öz münasibətlərinin bildirdilər.Mənim ağ aponentim Nisəxanım müəllimə,qara aponentim isə Şəbnəm müəllimə oldu.
          Təqdimatlardan  sonra, imtahan oldu.Sualların 
10-u test,5-i isə açıq tipli olmaqla cəmi 15 idi.
          15 gün "İntel Gələcək Üçün Təhsil"təlim kursunun yeni-10-cu  versiyasının iştirakçısı oldum.Bu müddət ərzində kompyuter texnologiyaları ilə bağlı yeni biliklər əldə etdim,təlimin əvvəlindən məni ən çox maraqlandıran Veb 2.0 alətlərini tanış oldum.Təlimimiz maraqlı keçdi.Əlbəttə ki,burada təlimçilərimizin də rolu böyükdür.Bir daha  Aybəniz və Mehriban müəllimə!TƏŞƏKKÜRLƏR! 
           Təlimin sonunda xatirə şəkli çəkdirdik.





четверг, 18 февраля 2016 г.

14-cü gün

                                                           XIV   gün
      Təlimə Layihənin reallaşdırılması Planın yazılması ilə başladıq.İdeyaları nəzərdən keçirtdik və dərsimizə uyğun   ola bilən istənilən ideyaları müəyyən etdik.
       Portfolio üzərində işin yekunlaşdırılması prosesinə başladıq.Portfoliamızı  təlimçimizin köməkliyi ilə bir daha nəzərdən keçirtdik.İşləyərkən nəzərdən qaçırdığımız bölmələrin üzərində işlədik.
      Təlimə başlayarkən yazdığımız start sorğusu kimi təlimin sonunda da finsih sorğunun yazılmasına başladıq.
Müəyyən edilmiş suallara cavab verərək sonda treninq haqqında rəylərimizi və məsləhətlərimizi verdik.
       Nəhayət,14 günlük təlimin sonunda Portfoliomuzu tamamalayıb təhvil verdik.

   15-ci gün təqdimat və imtahan olacaq.
Bütün müəllimlərə uğurlar arzulayıram!

среда, 17 февраля 2016 г.

13-cü gün

                                                    XIII   gün
Bu  gün yenidən blog yazılarının müzakirəsi oldu.Hər kəsin  işi qiymətləndirildi çatışmazlıqlar aradan qaldırıldı.Layihə planına baxış zamanı yenidən dəyişikliklər edilir.

 Şagird işinin qiymətləndirilməsinin müzakirəsi zamanı biz bir daha
3+2+1 tapşırığını cütlərlə yerinə yetirdik. Cütlər bir-birinin qovluğuna baxmaqla, 3 "+", 2 "-" fikir və bir dənə rəy bildirməklə biri digərinə köməklik edir. Biz artıq bilirik ki, bu zaman işimiz təkmilləşir, zənginləşir və əməkdaşlıq qabiliyyətimiz yüksəlir. Müzakirədən sonra təlimçi də istiqamət verir və biz öz əlavəmizi edirik. Yəni, layihə planında dəyişiklik və əlavədən söhbət gedir.

Sonra" Fasilitasiya" anlayışı və onun rolu, əhəmiyyəti haqqında bir daha izahat verildi.Bir daha izah olundu ki, fasilitator istiqamət verən bələdçilik edəndir.
         Müəllim niyə fasilitator adlanır?
Ənənəvi təhsildə müəllim hər şeyi özü izah edirdi və şagird hər şeyə düşünmədən beyin hemlesi etmədən rahat nail olurdu.Bu isə yaddaşda qısa müddətli qalırdı.Müasir təhsil sistemində isə müəllim şagirdin qarşısına problem qoyur, istiqamət verərək,  onun bir başa həllini yox, onun həlli yolunu göstərərək fasilitator rolunu oynayır.Şagird maragına uyğun tapşırıq yerinə yetirməklə problemin həlli yolunu tapır.Hər şeyə zəhmət çəkib özü araşdırdığı üçün bu onun yaddaşında uzun müddətli qalır.
Əgər ənənəvi dərsdə müəllim dediyini şagird qanun kimi qəbul edirdisə, müasir tədrisdə isə şagird müəllimin dedikləri ilə razılaşmaya bilər, özü sərbəst fikir söyləyə və ideyalar irəli sürə bilər.
     Növbəti mərhələ layihənin öyrənilməsi planınin yekunlaşdırılması oldu.Hər kəsin işinə baxış keçirilərək düzəlişlər edildi.


вторник, 16 февраля 2016 г.

12-ci gün

                                                     XII   gün
    Bu gün  bloq  yazılarını müzakirə etdik.  Bloq yazılarını müzakirə etməyin əhəmiyyəti ondan ibarətdir ki, biz sualları müzakirə etdikdə istiqamətimizi müəyyən edirdik. Bu zaman isə həmkarlarımızın yazıları,günlük təəssüratlarımızı genişləndirməkdə bizə kömək etdi.Bloq yazıları konkret yazılmamalı,ətraflı,dolğun, maraqlı olmalıdır.
     Sonra biz diferensiallaşma sənədində sorgunu yerinə yetirdik. Sənəddəki strategiyalların hər  birini  dərsimizdə tətbiq edə bilərik. Layihə zamanı uygun olanlardan istifadə edirik. Bu zaman yaranan çətinliyi aradan qaldırmaq daha asan olur. Biz 45-dəqiqəlik dərs müddətində bu strategiyaların hər birindən yararlana bilərik.


      MÖP-da lazım olan işləri qeyd etdik.MÖP-da diferensiallaşmış tədrisə dəstək,yəni fərqləndirilmiş tədrisə dəstək. Ümumilikdə 2 növ şagird tipi olur:
 1.Fiziki qüsurlu olan şagird.
 2.İstedadlı şagird.
       Biz tapşırıq verərkən bunları nəzərə alırıq.Tapşırıgı elə qururuq ki, heç kim kənarda qalmasın. Strategiyalardan istifadə edərək şagirdlərin qavramasına uygun tapşırıq veririk.
        Daha sonra layihə zamanı  lazım olan dərs və ləvazimatları qeyd etdik.Layihəni həyata keçirərkən hansı texnoloji abvadanlıqlardan,proqram təminatından istiafadə ediriksə,orada işarələrimizi etdik.Layihə zamanı kimlər dəvətlidirsə,onlar da qeyd olunur.
    




11-ci gün

                                                         XI gün
     Bu gün şagird  layihəsinin  davamını etdirdik.Bloqun qiymətləndililməsi,özünüqiymətləndirmə,differensiallaşma sənədləri ilə  tanış olduq.
       

воскресенье, 14 февраля 2016 г.

10-cu gün


                                             X gün
       Bizim bu gün ki,dərsimiz  şagird  layihəsinin palanlaşdırılması və hazırlanması  oldu.Yeni şagird  bloqu yaratdıq.Biz  təqdimatı şagird bloqunda edəcəyimiz üçün  bu haqda daha geniş məlumat aldıq.
     Sonra müxtəlif ixtisaslara  aid olan şagird  blogları  nümunələri ilə tanış olduq.Bu nümunələr bizə öz işimizdə müəyyən bir  istiqamət götürməyə yardımçı oldu. 


Yeni şagird blogu yaratdiq ve 3 
səhifədən az  olmayaraq şagird təqdimatı hazırladıq. Səhifələrdə layihənin gedişi zamanı bir qrupun  gördüyü işlər əks olunur.Şagirdlər öz işlərini təqdimat şəkilində aparır, onlar da öz  növbələrində bunları şagird bloqunda əks etdirirlər.Bu da onların layihəni  necə  aparmaqlarını izləməkdə müəllimə yardımçı olur.

пятница, 12 февраля 2016 г.

9-cu gün

                          IX  gün
        Bu günki dərsimiz çox rəngarəg keçdi.Veb 2.0 alətlərindən yalnız internetə bağlanmaqla istiafdə edilir.Bu alətlərdən istifadə məqsədilə biz əvvəlcə WIKI-dən qeydiyyatdan keçdik.Daha sonra digər Veb 2.0 alətləri olan Bloggif.com,LearningApps.org,Vip.Talisman.com alətlərindən qeydiyyatdan keçdik və onlardan istifadə qaydalarını öyrəndik.
         Bloggif.com alətindən istifadə edərək 3D formatında kub düzəltdik.
Vip.Talisman.com alətində müxtəlif şəkil
çərçivələrindən istiafdə etmək  olar.

       LearningsApps.org alətində isə krosswordlar,test tapşırıqları,puzzlar və s.hazırlanmasında ən yaxşı köməkçi alətdir.

     Sosial şəbəkələrin tədrisdə rolu böyükdür. Bütün Veb 2.0 alətlər həm də  sosial  şəbəkələr hesab olunur. Sosia şəbəkələrin tədrisdə əhəmiyyəti ondan ibarətdir ki, təhsilə və tədrisə aid bütün xəbərləri paylaşırıq və oxuyuruq. Elanları oxuya bilirik. Müxtəlif müsabiqələrə qoşula bilirik. Keçdiyimiz hər hansı bir dərsi paylaşa bilirik. Həmçinin, layihə mövzularını da paylaşa və müzakirə edə bilərik. Təhsilə aid bütün xəbərlərlə anındaca tanış olmaq mümkündür. Çünkü bütün xəbərlər, fərmanlar, qanunlar təsdiq olunan kimi, sosial şəbəkələrdə yerləşdirilir. Məsələn: Biz facebookda səhifəni bəyənməklə, təhsilə aid hər şeylə tanış olub, fikrimizi bildirə bilərik. Sosial şəbəkələr həm də, pulsuz reklam rolunu oynayır. İstədəyimiz hər hansı bir məlumatı pul ödəmədən səhifə açıb yerləşdirmək mümkündür. Dünya əhalisinin 50%-dən çoxu facebook istifadəçisidir. Bu o deməkdir ki, insanlar sosial şəbəkələrdən öz məqsədləri üçün hərtərəfli istifadə edirlər.